Rus alim: Baş örtüsü koronavirusdan qoruyur

Rus alim: Baş örtüsü koronavirusdan qoruyur

Rusiyanın 5-ci telekanalına müsabibəsində Altşteyn maraqlı açıqlamalar verib

Rasthaber Azərbaycan "İslamazeri.com"a istinadən xəbər verir ki, Rusiya Təbiyyat Elmləri Akademiyasının akademiki, rusiyalı virusoloq, Rusiya Federasiyasının əməkdar xadimi Anatoliy Altşteyn həmvətənlərini COVID-19 epidemiyası şəraitində baş örtüsü olmadan çölə çıxmamağa səsləyib.

"Üz və əllərini yuyaraq, bu gün bir çoxları unudurlar ki, saçlar infeksiyaya yoluxmanın yollarından biridir", - Rusiyanın 5-ci telekanalına müsahibəsində Altşteyn deyib.

Bununla bağlı o, virus hissəciklərinin düşməsindən qaçmaq üçün, rusiyalılara saçlarını örtməyi məsləhət görüb.

O qeyd edib ki, infeksiya 72 saatadək saçda qala bilər. “Saçda qala bilər. (Amma saçınızı örtmüsünüzsə,) evə gəldikdə baş örtüsünü çıxara bilərsiniz”, - A.Altşteyn deyib.

Nəticə etibarı ilə də, hicab taxan xanımlar, istər-istəməz özlərini bu xəstəlikdən qorumuş olurlar.

Xəbəri paylaş

VİDEOLAR