Ruhanilərin bu aksiyası hər kəsi təsirləndirdi - FOTO

Ruhanilərin bu aksiyası hər kəsi təsirləndirdi - FOTO

Tehranda fəaliyyət göstərən “İmamlar tərəfdarları” adlı təhsil mərkəzi koronavirusla mübarizə və insanlara dəstək məqsədilə xeyriyyə aksiyalarına start verib.

Rasthaber Azərbaycan Fars agentliyinə istinadən xəbər verir ki, 10 ildir fəaliyyət göstərən bu mərkəz “Novruz gülüşü” adlı aksiya keçirib. Tehran ətrafında 14-cü bölgədə Koleyn kəndində keçirilən bu aksiyada ruhanilər və tələbələr şəxsən özləri iştirak ediblər.

Layihədə ehtiyaclı ailələrə 1 kq qoyun əti, 1 paket toyuq, 5 kq düyü, 3 paçka makaron, 2 konserva balıq, 1l günəbaxan yağı, 1 qutu tomat, 1 paçka bulğur, 2 tibbi maska, 1 ədəd əlçək, 1 ədəd Xanım Məsumənin (ə) ziyarətgahının nabatı, 1 cild kitab verilib.

islamazeri.com

Xəbəri paylaş

VİDEOLAR