Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranlı həmkarı Həsən Ruhani ilə telefon danışığı aparıb.
İran İslam Respublikası prezidenti Həsən Ruhani ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Həsən Ruhani qeyd edib ki, düşmənlərinin nüfuzunun qarşısını almaq üçün İslam dünyasındakı çatı bərpa etmək təcili bir ehtiyacdır.
Rastahber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Həsən Ruhani İran ilə Türkiyə arasında müxtəlif sahələr üzrə əməkdaşlıq prosesinə toxunub və iki ölkə arasında Strateji Əməkdaşlıq Ali Şurası və birgə İqtisadi komissiyanın altıncı iclasının razılaşmalarının həyata keçirilməsi vacibliyini vurğulayıb.
İran İslam Respublikası prezidenti, həmçinin iranlı alim şəhid Möhsün Fəxrizadənin sionistlər tərəfindən terror edilməsini qeyri-insani və böyük bir cinayət adlandıraraq deyib: "Bu terrorun kimlər tərəfindən törədildiyi tamamilə aydındır və bu şəhidin doğru zamanda qisasını almaq İran hökumətinin haqqıdır".
Ruhani sözlərinin davamında ABŞ-ın yeni seçilmiş prezidentinin bu ölkənin nüvə anlaşmasına qeri dönməsi ilə bağlı açıqlamasına toxunaraq deyib: "Əgər qarşı tərəflər nüvə anlaşması ilə bağlı öhdəliklərinə əməl edərlərsə, İran da öz öhdəliklərinə əməl edəcəkdir".
Danışıqlar zamanı Ərdoğan Dağlıq Qarabağ münaqişəsinin yeni bir mərhələyə qədəm qoyduğunu vurğulayıb. Türkiyə prezidenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini təhdid edəcək hər hansı bir hərəkətdən çəkinməyin lazım olduğunu qeyd edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Dr. Möhsün Fəxrizadənin şəhadəti münasibətilə İran xalqı və dövlətinə başsağlığı verərək, bu terrorçu hərəkəti qınayıb.
"Şübhəsiz ki bu terror hücumu regionun sülh və sabitliyini hədəfə alıb", - Türkiyə Prezidenti deyib.
Ərdoğan, həmçinin yeni beynəlxalq vəziyyət və ABŞ hökumətində yeni bir dövrün başlanmasına toxunaraq, hazırkı dövrdə təhdid və sanksiyaya əsaslanan zehniyyətin ölkələrlə dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıqla əzəv olunacağına ümidvarlıq ifadə edib.
Ankara-Tehran münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinin zəruriliyinə toxunan Türkiyə prezidenti, iki ölkə arasındakı Strateji Əməkdaşlıq Ali Şurasının qərar və razılaşmalarının tez bir mzamanda həyata keçirilməsini izləməyin vacibliyini vurğulayıb.