Ruhani qanun layihəsini təsdiqlədi: Pentaqonu terror təşkilatıdır...

Ruhani qanun layihəsini təsdiqlədi: Pentaqonu terror təşkilatıdır...

İran İslam Respublikası prezidenti Pentaqon-un terror təşkilatı elan olunması qanununu bəyan edib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran İslam Respublikası prezidenti Həsən Ruhani ABŞ Müdafiə nazirliyi - Pentaqon rəsmi olaraq terror təşkilatı elan olunması qanunu təsdiqləyib.

İran İslam Şurası Məclisi İslam İnqilabı Keşikçiləri Korpusunun ABŞ tərəfindən terror təşkilatı elan olunmasına cavab olaraq yanvarın yeddisində açıq iclasda qarşılıqlı addım qanununu qəbul etmişdi.

Bu qərara əsasən, Pentaqon-un bütün üzvləri, onun tabeliyində olan bütün şirkət və müəssisələr, həmçinin general-leytenant şəhid Hacı Qasim Süleymaninin şəhid edilməsinə əmr edən şəxslər, komandir və komandanlar İran tərəfindən terrorçu hesab edildilər.

Amerikanın müdafiə nazirliyi- Pentaqon-un bildirdiyinə görə, həmin hava hücumunun göstərişini bu ölkənin prezidenti və silahlı qüvvələrinin baş komandanı Donald Tramp vermişdi.

Xəbəri paylaş

VİDEOLAR