Ruhani İngiltərə baş nazirinə: Süleymani olmasaydı, Londonda rahat otura bilməzdiniz

Ruhani İngiltərə baş nazirinə: Süleymani olmasaydı, Londonda rahat otura bilməzdiniz

Həsən Ruhani dünən İngiltərə baş naziri Boris Conson ilə telefon əlaqəsi qurub

İran Prezidenti Həsən Ruhani dünən İngiltərə baş naziri Boris Conson ilə telefon əlaqəsi yaradıb.

Ruhani Süleymanilə bağlı Consona "Əgər general-leytenant şəhid Qasim Süleymaninin səyləri olmasaydı, sizin indi Londonda təhlükəsizliyiniz olmazdı.", -deyə bildirib.

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, Ruhani Consonla danışığında İranın Amerikaya cavab olaraq, onun İraqdakı hərbi bazasına qarşı hücumunun BMT nizamnaməsinin 51 maddəsinə əsaslandığını və qanuni müdafiə olduğunu bildirib. Ruhani Süleymaninin anti-terror addımlarının dünyada təhlükəsizliyə səbəb olduğuna işarə edərək "Əgər general-leytenant şəhid Qasim Süleymaninin səyləri olmasaydı, sizin indi Londonda təhlükəsizliyiniz olmazdı.", -deyə qeyd edib.

"Əgər Amerika digər bir xəta törədərsə, təhlükəli cavab alacaqdır.", - Ruhani deyib.

Ruhani sabitsizliyin kökünü ABŞ-ın nüvə anlaşmasından çıxmasında və regiondakı qanunsuz iştirakında görüb.

Ruhani Avropanın nüvə anlaşmasındakı öhgəliklərinin icrası vacibliyini də vurğulayıb və Tehranın MAQATE ilə həmkarlıqlarını davam etdirəcəyini bildirib.

İngiltərənin baş naziri də bu telefon söhbətində İrandakı son hadisələrlə bağlı başsağlığı verib və regionda sabitliyin pozulması və münaqişənin şiddətlənməsinə görə, ingilis əsgərlərin təhlükəsizliklərindən nigaran olduğunu bildirib.

Conson, Tehran-London əlaqələrinin yaxşılaşdırılmasını istədiyini və nüvə anlaşmasının qorunmasını istəyib.

Xəbəri paylaş

VİDEOLAR