Ruhani Ukrayna təyyarəsinin vurulmasına səbəb olan günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib.
Rasthaber Azərbaycan xəbər verir ki, İran prezidenti Həsən Ruhani ABŞ-ın İrana qarşı təhdidlərindən qaynaqlanan inani xəta, Ukrayna təyyarəsinin səhvən vurulmasına səbəb olub.
Ruhani bu xəbərdən dərin üzüntüsünü bildirirərək, təyyarədə dünyasını dəyişənlərə dərin hüznlə başsağlığı verib.
Ruhani ABŞ-ın cavab zərbəsini gözlədikləri üçün Havadan Müdafiə Sisteminin fəvqəladə durumda olduğunu və bir səhv ilə böyük faciəyə yol açdığını bildirib.
Ruhani Ukrayna təyyarəsinin vurulmasına səbəb olan günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib.
"Bu faciənin bütün səbəb və amillərinin müəyyənləşdirilməsi məqsədilə əlavə araşdırmalar davam edir. Bu bağışlanmaz səhvin amilləri məsuliyyətə cəlb olunacaqlar və nəticələr İran xalqına və həlak olanların ailələrinə elan ediləcək.", - Ruhani deyib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də şənbə günü öz Twitter səhifəsində yazıb: Amerikanın avantürası nəticəsində yaranan böhranlı zamanda buraxılan insan səhvi bu faciənin baş verməsinə gətirib çıxardı.