Ruhani: ABŞ-ın reqiondan qovulması əsas cavabımız olacaqdır

Ruhani: ABŞ-ın reqiondan qovulması əsas cavabımız olacaqdır

İran prezidenti nazirlər kabinetinin iclasında Amerikaya xitabən sərt sözlər deyib

Rasthaber Azərbaycan İran mediasına istinadən xəbər verir ki, İran prezidenti Həsən Ruhani  nazirlər kabinetinin iclasında İranın ABŞ bazalarını raket zərbəsilə vurmasına işarə edərək deyib: "Süleymaninin əlini bədənindən kəsdiniz. Ayağınız regiondan kəsiləcək."

Həsən Ruhani bu gün nazirlər kabinetinin iclasında Amerikanın general Soleymanini şəhid etmək üzrə terror hərəkətinə toxunaraq deyib:" Əgər Amerikanın ayağı bu regiondan və təcüvüzü həmişəlik olaraq kəsilərsə, bu, region xalqlarının real intiqamı və yekun cavabı olacaqdır."

Ruhani ABŞ-ın bir daha belə bir terrora əl atacağı təqdirdə, çox ağır cavab verəcəyini də önə çəkib.

İran prezidenti İran xalqının general Süleymaninin və onun köməkçilərinin ölkənin müxtəlif şəhərlərində keçirilən vida mərasimlərindəki misilsiz iştirakına da işarə edib: "Xalq nəinki bu böyük sərkərdənin tabutunun əllər üzərində gəzdiyi şəhərlərdə, həm də bütün şəhər və kəndlərdə vahid formada əzadarlıq edərək, Amerikanın hərəkətinə qarşı şüarlar verdi.", -deyə əlavə edib.

" Bu xalqımızı həmişəkindən daha çox birləşdirən böyük bir tarixi hadisə idi.", - Ruhani deyib.

Xəbəri paylaş

VİDEOLAR