Ruhani ABŞ-ın İran təyyarəsinə qarşı hava təhdidindən danışıb

Ruhani ABŞ-ın İran təyyarəsinə qarşı hava təhdidindən danışıb

İran Prezidenti ABŞ-ı aviaterrorçuluqda ittiham edib

Rasthaber Azərbaycan az.shafaqna.com-a istinadən xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) İranın sərnişin təyyarəsinə qarşı hərəkətləri “aviaterrorçuluqdur”.

Bunu İran prezidenti Həsən Ruhani bildirib.

“Məgər qırıcının beynəlxalq hava dəhlizində mövcud aviamarşrutunda içərisində böyüklər, uşaqlar və qadınlar olan sərnişin təyyarəsinə yaxınlaşaraq onları qorxutması icazəlidir? Heç bir şübhəsiz, bu, aviaterrorçuluqdur”, – deyə o qeyd edib.

O həmçinin Beynəlxalq Mülki Aviasiya Təşkilatı və BMT TŞ-nı “aviaterrorçuluqla” mübarizəyə səsləyərək deyib ki, Yaxın Şərq ölkələri susmamalıdır.

Xatırladaq ki, 23 iyulda ABŞ qırıcısının İranın sərnişin təyyarəsinə yaxınlaşaraq qəza şəraiti yaratması nəticəsində İran sərnişin təyyarəsində bir neçə sərnişin və ekipaj üzvü xəsarət alıb.

Xəbəri paylaş

VİDEOLAR