Ruhani: ABŞ-ın dövlət terrorunu şiddətlə qınamalıyıq

Ruhani: ABŞ-ın dövlət terrorunu şiddətlə qınamalıyıq

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi İrana səfər edib.

Pakistanın Xarici İşlər naziri Şah Mahmud Qureyşi İrana səfər edib.

Rasthaber Azərbaycan xəbər verir ki, pakistanlı nazir İran prezidenti Həsən Ruhani və iranlı həmkarı Məhəmməd Cavad Zəriflə görüşüb. 

Ruhani görüş zamanı deyib ki, İran bütün region ölkələrilə yaxın və dostcasına əlaqələrə malik olmağa maraqlıdır.

"İran əmindir ki, İslam Ümmətində ixtilaf və ayrılıq heç kəsin xeyrinə deyil və bu istiqamətdə Pakistanın regionda sülh və sabitliyin genişləndirilməsi üzrə səylərini tamamilə alqışlayır.", -deyə Ruhani qeyd edib.

Həsən Ruhani bu görüşdə bölgənin həssas şəraitinə toxunub. Bildirib ki, hazırkı şəraitdə regionda sülh və sabitlik, eləcə də gərginliyin azalması üçün qarşılıqlı əlaqələr zərurət daşıyır. O həmçinin bütün ölkələrin ABŞ-ın dövlət terrorunu şiddətlə qınamalı olduğunu da önə çəkib.

Regionda savaş və gərginliyin yaranmasının çox təhlükəli ola bilməsini vurğulayan İran prezidenti Tehranın öz maraqlarının müdafiəsinə tam hazır olduğunu və heç vaxt bölgədə müharibə qızışdırmaq üçün səy etmədiyini bildirib.

Qureyşi general Süleymaninin qətlə yetirilməsi və təyyarə qəzası ilə bağlı İran prezidentinə başsağlığı verib.

Xəbəri paylaş

VİDEOLAR