İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani Suriyanın Ərəb Liqasında öz yerini və kürsüsünü qazanma uğurunu alqışlayıb və bu ölkənin hökuməti və xalqını təbrik edib.
Az.rasthaber.com xəbər verir ki, Kənani bildirib:
"İslam ölkələri arasında münaqişələrin həlli və yaxınlaşması sabitlik və hərtərəfli sülh baxımından müsbət nəticələr verəcək və regional məsələlərə xarici maraqların müdaxiləsinin azaldılmasının əsasını təşkil edəcək".
Kənani daha sonra bildirib ki, İran belə bir yanaşmanı alqışlayır.