Rəsmi Tehran sionist mühacirlərin fələstinlilərə hücumunu pisləyib

Rəsmi Tehran sionist mühacirlərin fələstinlilərə hücumunu pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Kənani sionist mühacirlərin Fələstin xalqına hücumunu pisləyib.

Az.rasthaber.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani sionist mühacirlər tərəfindən Nablusun cənubundakı Havara qəsəbəsində Fələstin xalqına hücumunu kəskin şəkildə pisləyib.

Kənani son bir neçə həftədə sionist rejimin Nablus və Cenin şəhərlərində törətdiyi qətllərdən sonra baş verən bu cür hərəkətləri bu rejimin dövlət terrorizminin bariz nümunəsi kimi qiymətləndirib.

Kənani həmçinin beynəlxalq ictimaiyyəti sionist aparteid rejiminin terror maşınına qəti, təsirli və çəkindirici cavab verməyə çağırıb:

"Saxta sionist rejimin ifrat və cinayətkar davranışı və heç bir öhdəlik və razılaşmalara əməl etməməsi bir daha göstərdi ki, Fələstin xalqı və müqavimət qrupları qarşısında yeganə seçim sionist işğalçılara və onların təcavüzkar hərəkətlərinə qarşı qanuni müqavimətdir".

Xəbəri paylaş

VİDEOLAR