Rəsmi Tehran: İran İsrailin sadəcə hərbi və təhlükəsizlik obyektlərini hədəf alıb

Rəsmi Tehran: İran İsrailin sadəcə hərbi və təhlükəsizlik obyektlərini hədəf alıb

İran suverenliyi və ərazi bütövlüyünə hücuma cavab olaraq Qəzzada, Livanda körpələri qətliam edən İsrailin sadəcə hərbi və təhlükəsizlik obyektlərini hədəf alıb.


Bəyanata əsasən, İran uzunmüddətli təmkinli olduqdan sonra, öz qanuni müdafiə haqqından istifadə edərək işğalçı İsrailə qarşı hərbi əməliyyat keçirib.

Bəyanatda qeyd olunur ki, İran üçüncü tərəflərin məsələyə istənilən müdaxiləsi ilə əlaqədar xəbərdarlıq edir və regional və beynəlxalq sülh və təhlükəsizliyə qarşı təhdidin davam etməsi üçün BMT Təhlükəsizlik Şurasının dərhal addım atmasını istəyir.

“İran lazım gəldiyi halda istənilən hərbi təcavüz və gücdən qeyri-qanuni istifadə qarşısında ölkənin ərazi bütövlüyünü müdafiə etmək və öz qanuni mənafeyini qorumaq istiqamətində müdafiə tədbirləri görməyə tam hazırdır”, - deyə bəyanatda bildirilir.

Qeyd edək ki, bir neçə saat öncə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) cinayətkar İsrail rejiminə yüzlərlə ballistik raketlə sarsıdıcı hücum edib.

Xəbəri paylaş

VİDEOLAR