İranda 1953-cü il 19 avqustda ABŞ tərəfindən törədilən dövlət çevrilişindən 3 dərs çıxarılıb və ABŞ müstəqil və qüdrətli İrandan qorxur.
Az.rasthaber.com IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran hökumətinin rəsmisi Əli Bahaduri Cəhromi bəyan edib.
O qeyd edib ki, iranlı siyasətçilər qərarların qəbulu zamanı həmin 3 dərsə əsaslanırlar.
“Həmin dövlət çevrilişindən çıxarılmış 3 dərs həmişə İran xalqının yaddaşındadır və qərar qəbulu zamanı iranlı siyasətçilər üçün kriteriyalardır: ABŞ müstəqil və qüdrətli İrandan qorxur, beynəlxalq münasibətlərdə ABŞ-a etibar etməyin mənası yoxdur, bu ölkə ilə güclə, ləyaqətlə və kifayət qədər olan zəmanətlərlə iş görmək lazımdır”, - deyə o əlavə edib.