Rəsmi Tehran ABŞ-ın İrana qarşı yeni sanksiyalarını pisləyib

Rəsmi Tehran ABŞ-ın İrana qarşı yeni sanksiyalarını pisləyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-ın bir qrup fiziki və hüquqi şəxsə və İranın enerji və neft sektorları ilə bağlı gəmilərə qarşı yeni sanksiyalar tətbiq etməsini qətiyyətlə pisləyib.

Az.rasthaber.com xəbər verir ki, o, ABŞ-ın beynəlxalq səviyyədə qeyri-qanuni məqsədlərinə nail olmaq üçün birtərəfli davranışa və qeyri-qanuni və məcburi vasitələrə aludə olmasının, qanunun aliliyinə və insan haqlarına hədsiz dərəcədə məhəl qoymamasının beynəlxalq hüququn fundamental əsaslarını, o cümlədən dövlətlərin suverenliyinə və dövlətlərarası ticarət azadlığına hörmət prinsipini ələ saldığını və dünyanı təhdid etdiyini vurğuladı.


Bəqayi davam etdi: İranı zəiflətməkdən və hər bir iranlının əsas hüquqlarını pozmaqdan başqa heç bir məqsədi olmayan təcavüzkar sanksiyaların bəd niyyətlərindən xəbərdar olan İran xalqı öz ləyaqət və mənafelərini qorumaq üçün var gücü ilə dayanacaq.

Xəbəri paylaş

VİDEOLAR