Rəsmi Dəməşqdən Türkiyə və Suriya müdafiə nazirlərinin görüşünə münasibət

Rəsmi Dəməşqdən Türkiyə və Suriya müdafiə nazirlərinin görüşünə münasibət

Rəsmi Dəməşq Suriya, Rusiya və Türkiyə müdafiə nazirlərinin Moskvada keçirilən görüşünü müsbət qiymətləndirib.

Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, Suriya Müdafiə Nazirliyi ölkənin müdafiə naziri Əli Mahmud Abbasın türkiyəli həmkarı Hulusi Akar ilə Rusiyanın müdafiə naziri Sergey Şoyqunun iştirakı ilə Moskvada keçirilən görüşünü müsbət qiymətləndirib.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi çərşənbə günü Suriya, Türkiyə və Rusiya müdafiə nazirlərinin paytaxt Moskvada üçtərəfli iclas keçirdiklərini, Suriya böhranının həlli yollarını və ekstremizmə qarşı birgə mübarizəni müzakirə etdiklərini açıqlamışdı.

Türkiyə Müdafiə Nazirliyi də bu görüşü müsbət qiymətləndirib və üçtərəfli görüşlərin davam edəcəyini bildirib.

Qeyd edək ki, son 11 ildə ilk dəfədir ki, Suriya və Türkiyə müdafiə nazirləri görüşürlər.

Xəbəri paylaş

VİDEOLAR