23.07.2021 13:47:41
Bu barədə Suriya dövlət agentliyi məlumat yayıb
Az.rasthaber.com xəbər verir ki, Suriyanın şimalında Rəqqanın şimalında minamyot hücumu nəticəsində bir mülki vətəndaş ölüb, 3 nəfər yaralanıb.
Bu barədə Suriya dövlət agentliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, terrorçular Rəqqanın şimalında m4 beynəxalq yolunu minamyotla hücuma alıblar.
Qeyd edək ki, Suriyanın şimalına gedən m4 beynəlxalq yolu, Haseke, Rəqqa, Hələb və Lazkiyyə şəhərlərini bir-birinə bağlayır.