Rəisi: Ukrayna müharibəsinə ABŞ və NATO-nun təxribatı səbəb oldu

Rəisi: Ukrayna müharibəsinə ABŞ və NATO-nun təxribatı səbəb oldu

İran prezidenti İbrahim Rəisi NATO-nun bölgədəki genişlənmə siyasətinə qarşı daim ayıq-sayıq olmaq lazım olduğunu bildirərək, ABŞ və NATO-nun Ukrayna müharibəsini təhrik etdiyini bildirib.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Tehranda Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşüb.

Görüş zamanı ikitərəfli münasibətlər, regional və beynəlxalq məsələlər müzakirə edilib.

Qarşılıqlı danışıqların iki ölkə arasında strateji əməkdaşlığı artırdığını deyən Rəisi, rəsmi Tehranın Moskva ilə yeni strateji əlaqələr qurmağa hazır olduğunu bildirib.

"Əməkdaşlığımızın və tərəfdaşlığımızın gücləndirilməsi ABŞ-ın iqtisadi inhisarçılığı və sanksiyalarına qarşı mübarizəmizi gücləndirir. Əməkdaşlığımızı artırmaq ABŞ-ın müstəqil ölkələrə qarşı iqtisadi təzyiqləri ilə mübarizənin ən yaxşı strateji üsuludur", - Rəisi bildirib.

Rusiya-Ukrayna müharibəsinə toxunan Rəisi, müharibənin ən qısa zamanda başa çatdırılması lazım olduğunu bildirərək deyib:

"İran müharibənin tez bir zamanda dayandırılmasının tərəfdarıdır. Biz bu məsələnin istənilən diplomatik həllinə kömək etməyə hazırıq".

Rəisi NATO-nun bölgədə genişlənmə siyasətini izlədiyini və hər zaman ayıq-sayıq olmaq lazım olduğunu bildirərək deyib:

"Ukrayna müharibəsi ABŞ və NATO-nun təxribatları nəticəsində baş verib".

Xəbəri paylaş

VİDEOLAR