Rəisi: Qərbdəki tələbələrin Qəzzaya dəstək nümayişləri böyük hadisədir

Rəisi: Qərbdəki tələbələrin Qəzzaya dəstək nümayişləri böyük hadisədir

İran prezidenti İbrahim Rəisi ABŞ-da universitetlərdə davam edən Fələstin tərəfdarı etirazlara münasibət bildirib.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti İbrahim Rəisi Nazirlər Şurasının bu gün keçirilən iclasında verdiyi açıqlamada ABŞ-da universitetlərdə davam edən Fələstin tərəfdarı etirazları dəyərləndirib.

Rəisi bildirib:

"Qəzzada məzlum şəhidlərin tökdüyü qanlar nəticəsində dünya ictimai rəyi Qərb sivilizasiyasının əsl üzünü gördü. İfadə azadlığını iddia edənlər öz suverenliklərini qorumaqdan başqa heç nəyə sadiq olmadıqlarını göstərdilər.

Qərb tələbələri, alimləri və elitalarının Qəzza xalqına dəstək nümayişləri böyük hadisədir".

ABŞ universitetlərində Fələstinin nümayişləri zamanı polis zorakılığına reaksiya verən Rəisi bildirib:

"Qərbdə tələbə hərəkatları tələbələrə və alimlərə qarşı şiddət, sərt müdaxilələr və həbslərlə dayandırıla bilməz".

Xəbəri paylaş

VİDEOLAR