İran prezidenti İbrahim Rəisi Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında iştirak etmək üçün Nyu-Yorka getməyi planlaşdırır.
Az.rasthaber.com SalamNews-a istinadən xəbər verir ki, bunu Rəisinin siyasi məsələlər üzrə köməkçisi Məhəmməd Cəmşidi twitter hesabında yazıb.
O deyib:
“Prezident İbrahim Rəisinin Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçıları ilə görüşləri və Nyu-Yorkda keçirilən BMT toplantısındakı fəaliyyəti diqqət mərkəzindədir.”
Onun sözlərinə görə, İbrahim Rəisinin Nyu-Yorka səfərinə maneə yoxdur.
Qeyd edək ki, bundan öncə ABŞ Konqresinin 50-ə yaxın nümayəndəsi prezident Baydenə müraciət ünvanlayaraq, İbrahim Rəisinin ABŞ-a buraxılmamasını istəyiblər.
Bildirək ki, Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 77-ci sessiyasının plenar iclasları sentyabrın ortalarında Nyu-Yorkda başlayacaq.