Rəisi: İsrail bəşəriyyətə qarşı cinayətlər törədir

Rəisi: İsrail bəşəriyyətə qarşı cinayətlər törədir

İran prezidenti Seyid İbrahim Rəisi deyib: Sionist rejim Qəzza zolağında insanlığa qarşı cinayətlər törədir.

Az.rasthaber.com xəbər verir ki, İran prezidenti Seyid İbrahim Rəisi dövlət turu çərçivəsində bu gün səhər saatlarında Fars vilayətinə gedib.

İran Prezidenti Rəisi yeni tədris ilinin başlanması münasibətilə Şiraz Universitetində tələbələr qarşısında çıxış edib.

Rəisi buradakı çıxışında sionist İsrailin blokadada olan Qəzza zolağına hücumlarına reaksiya verib və deyib:

"Sionist rejimin Qəzzada etdikləri insanlıq əleyhinə cinayət nümunəsidir".

İşğalçı qüvvələrin qadın, uşaq, qoca ayırmadan amansız müharibə apardığını bildirən İbrahim Rəisi beynəlxalq hüquqa və ABŞ-a baxmayaraq bu cinayətləri törədənlərə dəstək verənlərin cavab verməli olduqlarını vurğulayıb.

Rəisi dünən iştirak etdiyi Nazirlər Şurasının iclasında sionist İsrailin Qəzzaya hücumlarını pisləyib və deyib:

"Sionistlər dünya qarşısında insanlığa qarşı cinayətlər törədirlər və bütün beynəlxalq qurum və təşkilatlar ayrı-seçkilik etmədən öz vəzifələrini yerinə yetirməlidirlər".

Xəbəri paylaş

VİDEOLAR