Rəisi: "İŞİD və İsrailin törətdiyi cinayətlər oxşardır"

Rəisi:

İran prezidenti İbrahim Rəisi Əfqanıstanda terror təhlükəsinin bu ölkə və regionda yayılmasından narahatlıqlarını və terror təhlükəsinə qarşı mübarizədə bütün imkanlardan istifadə etməyə hazır olduqlarını bildirib.

Az.rasthaber.com trthaber-ə istinadən xəbər verir ki, İ.Rəisi Əfqanıstanın bir sıra şəhərlərində məscid və məktəblərə edilən, çox sayda adamın ölümünə səbəb olan terror aktlarını pisləyərək deyib: “Terror təşkilatı İŞİD Əfqanıstanda törətdiyi hücumlarla İsrailin işğalı altında olan Şərqi Qüdsdəki Əqsa məscidində fələstinlilərə qarşı hücumlar bir-birinə oxşayır.

Bu gün media imperiyası düşmənin əlindədir və onlar daima doğrunu haqsız, səhvi doğru kimi yazırlar. Taliban hökumətini bütün əfqanıstanlıların, o cümlədən ölkədəki şiələrin həyatını qorumaq üçün tədbirlər görməyə, cinayətkarları tapmağa və cəzalandırmağa çağırıram. Hücumların bölgəyə sıçrama ehtimalına, İrana terror təhlükəsinə qarşı mübarizə aparmaq və bu faciələrin təkrarlanmaması üçün bütün vasitələrdən, eləcə də əməkdaşlıqdan istifadə etməyə hazırıq”.

Xəbəri paylaş

VİDEOLAR