Rəisi İraqın müdafiə nazirini qəbul edib

Rəisi İraqın müdafiə nazirini qəbul edib

İran prezidenti Seyid İbrahim Rəisi Tehrana səfər edən İraqın müdafiə naziri Sabit Məhəmməd Səid Rza Abbasi ilə görüşüb.

Az.rasthaber.com xəbər verir ki, bu görüşdə Rəisi İran və İraq sərhədlərini dostluq və əməkdaşlıq sərhədləri kimi səciyyələndirərək deyib:

İran İraqın təhlükəsizliyini öz təhlükəsizliyi kimi görür və bu ölkədə sabitlik və təhlükəsizliyin möhkəmlənməsinə dəstək verir. 

İraq ərazisinin qonşularına qarşı sui-qəsd və təhdid yeri olmaması lazım olduğunu vurğulayan Rəisi deyib:

"İran İraq hökumətinin bu ölkənin iqtisadi və hərbi cəhətdən yenidən qurulması üçün səylərini dəstəkləyir".

İraqın müdafiə naziri Sabit Məhəmməd Səid Rza Abbasi də İranın xarici güclərin və İŞİD terror təşkilatının işğalı zamanı İraq xalqına verdiyi dəstəyi yüksək qiymətləndirərək bildirib:

"Bağdad imkan verməyəcək ki, fürsətçi ünsürlər iki ölkənin sərhədlərini və torpaqlarını təhdid etsinlər və təhlükəsizlik təhlükəsi yaratsınlar".

Xəbəri paylaş

VİDEOLAR