Rəisi: İranın Fələstinə dəstəyi davam edəcək

Rəisi: İranın Fələstinə dəstəyi davam edəcək

Rastİbrahim Rəisi HƏMAS və İslami Cihad Hərəkatının liderlərilə telefonla danışıb

Rasthaber Azərbaycan xəbər verir ki, İranın yeni prezidenti İbrahim Rəisi HƏMAS və İslami Cihad Hərəkatının liderlərilə telefonla danışıb.
 
Məlumata görə, HƏMAS-ın Siyasi İşlər üzrə rəhbəri İsmayıl Haniyə və İslami Cihadın Baş Katibi Ziyad Nahlə İran prezidentliyinə seçilən Ayətullah İbrahim Rəisiyə zəng edərək, onu bir daha qazandığı qələbəyə görə təbrik ediblər.
Telefon danışığı zamanı hər iki lider İran prezidentinə Fələstinə və müqavimətə verdikləri dəstəyə görə öz təşkürlərini bildiriblər.
 
Ayətullah Rəisi də danışığı zamanı sionist rejimə qarşı son "Qüds Qılıncı əməliyyatı"nda qazandıqları qələbəyə görə, hər iki liderin timsalında Fələstin xalqını bir daha təbrik edib.
 
"İranın Fələstini müdafiə etməyə və Qüdsün azadlığına qədər bu ölkənin xalqını dəstəkləməyə davam edəcəyinə əmin olun. Fələstinin məzlum milləti və qəhrəman müqavimətçiləri bir daha böyük və qərarlı bir imtahanla parıldadılar.", -deyə Rəisi bildirib.

Xəbəri paylaş

VİDEOLAR