Rəisi: Fələstinli şəhidlərin qanı sionist rejimin sonunu gətirəcək!

Rəisi: Fələstinli şəhidlərin qanı sionist rejimin sonunu gətirəcək!

İran prezidenti Rəisi deyib: Qəzza və Fələstin şəhidlərinin qanının sionist rejimi və indiki ədalətsiz nizamın sonunu gətirəcəyinə əminik.

Az.rasthaber.com xəbər verir ki, İran Prezidenti Seyid İbrahim Rəisi bu gün hökumət rəsmilərinin İslam İnqilabının Rəhbəri Ayətullah Xamenei ilə Fitr bayramı münasibətilə keçirilən görüşünün əvvəlində etdiyi çıxışda, Qəzzada törədilən soyqırım və uşaq qətliamının beynəlxalq təşkilatların səmərəsizliyinin bariz göstəricisi olduğunu bildirərək deyib:“Biz əminik ki, Qəzza və Fələstin şəhidlərinin qanı sionist rejimin və indiki ədalətsiz nizamın sonunu gətirəcək".

Hökumətin proqram və siyasətlərinin ədalətin yayılmasına və iqtisadi vəziyyəti yaxşılaşdırmağa yönəldiyini bildirən Rəisi deyib:

“Problemlərin həllinin yolu daxili iradəyə güvənməkdir, hökumət isə ölkənin problemlərini həll etmək üçün xaricilərin əlinə baxmır".

Xəbəri paylaş

VİDEOLAR