Rəisi ABŞ və Qərbin İrana qarşı sanksiyalarını "uğursuz" adlandırdı

Rəisi ABŞ və Qərbin İrana qarşı sanksiyalarını

İranın Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi Kermanşahda bu barədə danışıb

İranın Məhkəmə Hakimiyyətinin sədri İbrahim Rəisi bu gün İranın qərbində yerləşən Kermanşah şəhərində düşmənin təhdid və sanksiyalarından danışıb.

Rasthaber xəbər verir ki, o bildirib ki, düşmənin maksimum təzyiqi sınıb: "Qərb ölkələrinin mütəfəkkir və analitiklərinin etiraflarına görə, Qərbin və Amerikanın İrana qarşı maksimum təzyiqi uğursuz qalıb."

"Amerika və Qərb onu icad etməkdə dalana dirənib. Amerika və İngiltərənin himayə etdikləri qüvvələrin bütün fitnələrinə baxmayaraq, İran bölgədə ilk sözü deyir və onun təhlükəsizliyini təmin edir.", -deyə Rəisi əlavə edib.

İranın Məhkəmə Hakimiyyətinin sədri həmçinin Süleymaninin xatirəsini də anıb: "Bu yüksək dərəcəli şəhid, düşmənin bütün səylərinə rəğmən, regionun təhlükəsizliyini təmin etdi və bir çox düyünləri açdı."

Xəbəri paylaş

VİDEOLAR