İranın yeni prezidenti Seyid İbrahim Rəisi Əfqanıstandakı vəziyyətlə bağlı danışıb.
Rasthaber Azərbaycan bu barədə IRNA-ya istinadən xəbər verir.
“İran vəziyyətin sabitləşməsi üçün səy göstərir. Vəziyyətin sabitləşməsi hazırda Əfqanıstanın üçün birinci ehtiyac və tələbatdır”, – deyə o qeyd edib.
Rəisi deyib ki, İran qardaş və qonşu ölkə olaraq bütün qruplaşmaları milli razılığın əldə edilməsinə dəvət edir.
İran prezidenti əlavə edib ki, təhlükəsizlik, sabitlik və rifah Əfqanıstanın bütün vətəndaşlarının haqqıdır.
O bildirib ki, İran hesab edir ki, məzlum Əfqanıstan xalqının iradəsinin aliliyi həmişə bu ölkədəki təhlükəsizlik və sabitliyin mənbəyi olub.
“İran Əfqanıstandakı hadisələrin gedişatını diqqətlə izləyir və Əfqanıstanla xoş qonşuluq münasibətlərinin tərəfdarıdır”, – deyə Rəisi qeyd edib.
“ABŞ-ın Əfqanıstandakı hərbi məğlubiyyəti və oranı tərk etməsi bu ölkədəki həyatın, təhlükəsizliyin və sabit sülhün bərpası üçün fürsət olmalıdır”, – deyə o, əlavə edib.