Rezai BƏƏ İsrail arasında razılığa münasibət bildirdi

Rezai BƏƏ İsrail arasında razılığa münasibət bildirdi

Möhsin Rezai BƏƏ və İsrail arasındakı razılığı şərh edib.

Rasthaber Azərbaycan tabnak-a istinadən xəbər verir ki, İranın Siyasi Məqsədəuyğunluğun Müəyyən edilməsi Şurasının katibi Möhsin Rezai BƏƏ və İsrail arasındakı razılığı şərh edib.

“Heç bir İslam mücahidi, heç bir qeyrətli ərəb Fələstinə xəyanət etməyəcək”, – deyə o bildirib.

İranlı rəsmi Böyük Fələstinin “mücahidlər və oranın səbirli xalqının səyi sayəsində” tezliklə azad olacağını vurğulayıb.

“Əbu-Dabi son 10 ildə BƏƏ-ni İsrail üçün cənnətə çevirib”, – deyə Rezai əlavə edib.

O qeyd edib ki, “yalnız həqiqi mömin olmayanlar arxadan zərbə endirərlər”.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp BƏƏ və İsrail arasında sülh sazişinin əldə edildiyini elan edib. Ölkə rəsmiləri yaxın həftələrdə görüşərək ikitərəfli razılığı imzalayacaqlar.

Xəbəri paylaş

VİDEOLAR