Reuters: İŞİD İstanbuldakı kilsə hücumuna görə məsuliyyəti üzərinə götürüb

Reuters: İŞİD İstanbuldakı kilsə hücumuna görə məsuliyyəti üzərinə götürüb

İstanbulun Sarıyer Büyükdere bölgəsindəki Santa Maria kilsəsinə edilən və 1 nəfərin ölümü ilə nəticələnən silahlı hücuma görə məsuliyyəti İŞİD terror təşkilatının üzərinə götürdüyü bildirilib.

Az.rasthaber.com xəbər verir ki, “Reuters”in məlumatına görə, terror təşkilatının Teleqram kanalında yayılan yazıda hücumu iki İŞİD üzvünün həyata keçirdiyi bildirilib.

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bazar ertəsi səhər saatlarında verdiyi açıqlamada təhlükəsizlik qüvvələrinin Santa Maria kilsəsindəki silahlı hücumla bağlı bazar günü ərzində 30 fərqli ünvana reyd keçirdiyini və indiyədək 47 nəfərin saxlanıldığını bildirib.

Yerlikaya bildirib:

"Nəhayət, hər iki qətl şübhəlisi saat 22:00-da göstərilən ünvana edilən basqında yaxalanıb. Bildirmək istəyirəm ki, şübhəlilərin hər ikisi xarici ölkə vətəndaşıdır. Biz hesab edirik ki, biri Tacikistandan, digəri Rusiyadan olan bu iki əcnəbi vətəndaş İŞİD-in üzvüdür".

Xəbəri paylaş

VİDEOLAR