Ərdoğanın Putinlə görüş yeri və vaxtı məlum oldu

Ərdoğanın Putinlə görüş yeri və vaxtı məlum oldu

Böyük ehtimalla danışıqlar martın 5-də İstanbulda olacaq.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Rusiya lideri Vladimir Putinlə daha əvvəldən anons edilmiş danışıqlar martın 5-də İstanbulda olacaq. 

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir.

Azərbaycandakı görüşlərdən sonra vətənə dönərkən Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırıb.  

  "Suriyanın İdlib bölgəsilə əlaqədar dördlü (Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkellə) zirvə toplantısı olacaqmı?" sualına Ərdoğan belə cavab verib: "Dördlü zirvə toplantısı mövzusu bu gün qəti deyil. Çünki Rusiya prezidenti Vladimir Putin “Görüşü biz ikimiz keçirsək daha məqsədəuyğun olar” təklifini edincə mən də dedim: “Bu da ola bilər, dördlü də”. İdlibdə bizim ikimizin qərarı böyük əhəmiyyət ifadə edir. Bu görüşün təxminən 5 martda olması gözlənilir. Yer isə böyük ehtimalla İstanbul olacaq.

  Paytaxt Ankaraya gələn Rusiya heyətilə görüşün nəticəsindən sonra biz yenə telefon diplomatiyasını davam etdirəcəyik.

Xəbəri paylaş

VİDEOLAR