Ərdoğanın Əlcəzair, Qambiya və Seneqal səfərləri başladı

Ərdoğanın Əlcəzair, Qambiya və Seneqal səfərləri başladı

Türkiyə prezindeti Rəcəb Tayyib Ərdoğan 26-28 yanvar tarixlərində Əlcəzair, Qambiya və Seneqalda olacaq.

  Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, Ərdoğan həmkarlarının dəvətlərilə Əlcəzair, Qambiya və Seneqala gedir.

  Görüşlər zamanı bu ölkələrlə ikitərəfli əlaqələr bütün ölçüləriylə müzakirə olunacaq, regional və beynəlxalq proseslər haqqında fikir mübadiləsi aparılacaq.

  Qeyd edək ki, R.T.Ərdoğanın Türkiyə ilə güclü bağları olan, mühüm iqtisadi tərəfdaş sayılan Əlcəzairə səfəri bu ölkənin başçısı Əbdülmecid Tebbunun keçən ilin dekabrnda vəzifəyə gəlməsindən sonra buraya prezident səviyyəsində ilk rəsmi səfər xarakterini daşıyır.

  Ərdoğan və Tebbunun görüşü zamanı ortaq bəyannamə və iki ölkə arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının təsis edilməsi gözlənilir.

Xəbəri paylaş

VİDEOLAR