Türkiyə Prezidenti yunan, süryani, erməni və yəhudi dini icmalarına təşəkkür edib
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə müxtəlif fərqli dinlərin nümayəndələrinə Milli Həmrəylik Kampaniyasına verdikləri dəstək üçün təşəkkür edib.
Ərdoğan Fənər Rum patriarxı Bartolomeos, İstanbul-Ankara Süryani Qədim Kilsəsi metropoliti Mor Filüksinos Yusuf Çetin, Türkiyə Musəviləri hahambaşı İsak Haleva, Türkiyə Erməniləri patriarxı Sahak Maşalyan və Türkiyə Yəhudiləri Cəmiyyətinin sədri Erol Kohenə zəng edib, Milli Həmrəylik Kampaniyasına verdikləri dəstəyə görə onlara təşəkkürünü bildirib.