Ərdoğandan Ruhaniyə başsağlığı zəngi

Ərdoğandan Ruhaniyə başsağlığı zəngi

İki ölkə prezidentləri arasında telefon danışığı baş tutub.

 Rasthaber Azərbaycan RİA-ya istinadən verdiyi xəbərə əsasən, İran prezidenti Həsən Ruhani Türkiyə prezidenti Rəcəb tayyib Ərdoğanla keçirdiyi telefon danışığı zamanı, general Qasim Süleymaninin qətlindən sonra ABŞ-ın “daha da lovğa” hərəkətlərinə yol verməmək üçün birlikdə ABŞ-a qarşı çıxış etməyin zəruriliyini bəyan edib.

Təcavüzkar hərəkətlərə qarşı sükutumuz aqressiv addımların atılmasına daha şiddətli kodubluqlara səbəb ola bilər”, - deyə Ruhani Ərdoğana bildirərək, region üçün böyük təhdid mənbəyi olan ABŞ aqressiyasına qarşı yekdilliklə qarşı çıxmağın mühümlüyünü qeyd edib.

İRNA Türkiyədəki İran səfirinin sözlərinə istinadən bildirdiyinə görə, Türkiyə prezidenti "Şəhid Süleymaninin yoxluğu dərindən üzüntü yaratmışdır. İran xalqı, sizin və Rəhbərin narahatçılığını anlayıram.", -deyib.

Ərdoğan Süleymaninin cəsədinin İraqda ziyarətgaha aparılmasını İraq telekanalından izlədiyini qeyd edərək, "Bu kadrlar, İraq xalqının General Süleymaniyə sevgisinin təzahürüdür. ", -bildirib.

Lakin AKP-yə bağlı bəzi qəzet və saytlar Ərdoğanın "şəhid" ifadəsi işlətmədiyini qeyd edirlər. Lakin rəsmi təkzib və rəsmi şəxsin adı ilə təkzib də verilməyib. 

Xəbəri paylaş

VİDEOLAR