Ərdoğandan Moldova prezidentinə FETÖ müraciəti

Ərdoğandan Moldova prezidentinə FETÖ müraciəti

Ərdoğan Moldovadakı Fətullahçı Terror Təşkilatı (FETÖ) məktəblərinin Türkiyə Maarif Fonduna təhvil verilməsini istəyib

 Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Moldovadakı Fətullahçı Terror Təşkilatı (FETÖ) məktəblərinin Türkiyə Maarif Fonduna təhvil verilməsini gözlədiklərini bildirib.

  R.T.Ərdoğan moldovalı həmkarı İqor Dodonla birlikdə paytaxt Ankarada Prezidentlik İqamətgahında təşkil edilən ortaq mətbuat konfransında çıxışı zamanı deyib:

  “Moldovanın torpaq bütövlüyü, sabitliyi, rifahı və inkişafını dəstəkləyirik.   Noyabr ayında qurulan yeni hökumətə Moldova xalqına xidmət yolunda müvəffəqiyyətlər diləyirəm.   Türkiyənin bütün qurumları Moldovanın yanında olmağa davam edəcək.   Qaqauz türkləri Moldova ilə aramızdakı ən möhkəm dostluq körpülərindən biridir.   Moldovalı turistlərin tətil üçün ilk sırada Türkiyəni seçməsindən böyük məmnunluq duyuruq.   FETÖ ilə mübarizədə, xüsusilə FETÖ-çülərin Türkiyəyə qaytarılması ilə bağlı Moldovaya təşəkkür edir, eyni zamanda, ölkədəki FETÖ məktəblərinin Türkiyə Maarif Fonduna təhvil verilməsini gözləyirik."

 Qeyd edək ki, mətbuat konfransından əvvəl Türkiyə və Moldova prezidentləri ölkələrarası bir neçə müqavilə imzalayıbl

Xəbəri paylaş

VİDEOLAR