Ərdoğan: "Böyük və güclü Türkiyə hədəfinə çox yaxınıq"
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, İstanbulda təşkil edilən ixracatçılar yığıncağında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ixrac hәcmini 500 milyard dollara çatdırmaq məsələsində qәrarlı olduqlarını deyib.
Rəcəb Tayyib Ərdoğan bildirib ki, cari ilin üçüncü rübündә Türkiyə iqtisadiyyatında müsbət irәlilәyişlәrin əldə olunub, inflyasiya azalıb, məşğulluq səviyyəsindә artım müşahidə olunub. Ərdoğan həmçinin qeyd edib ki, noyabr ayında qurulan şirkətlәrin sayı keçən il ilə müqayisədə 10.2 % artıb.
"Bu proseslər Türkiyə iqtisadiyyatının müsbət istiqamətdә irəlilədiyinin göstəricisidir. Böyük və güclü Türkiyə hədəfinə çox yaxınıq’’,-deyə Rәcәb Tayyib Ərdoğan qeyd edib.
‘‘Kanal İstanbul’’ layihəsi məsələsinə toxunan Türkiyə prezidenti Ərdoğan qarşıdakı həftələrdə tenderin elan olunacağını və layihənin həyata keçiriləcəyini söyləyib.