Ərdoğandan İdlib, Rusiya və Yunanıstan açıqlaması

Ərdoğandan İdlib, Rusiya və Yunanıstan açıqlaması

Әrdoğan AKP-nin Türkiyǝ Böyük Millǝt Mǝclisindǝ baş tutan qrup toplantısında çıxış edib.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyǝ prezidenti Rǝcǝb Tayyib Әrdoğan Әdalǝt vǝ İnkişaf Partiyasının Türkiyǝ Böyük Millǝt Mǝclisindǝ baş tutan qrup toplantısında çıxış edib.

Rǝcǝb Tayyib Әrdoğan bildirib ki, savaşmağı bilmǝyǝn deyil, savaşmaq istǝmǝyǝn ölkǝ olduğumuzu hǝyata keçirdiyimiz son ǝmǝliyyatlarımızla hǝr kǝsǝ bir daha göstǝrdik.

‘‘Türkiyǝ hǝm öz tǝhlükǝsizliyi, hǝm dǝ suriyalı günahsız insanları xilas etmǝk üçün sahǝdǝdir. Bu vǝziyyǝt İdlibdǝn vǝ digǝr tǝhlükǝsiz bölgǝlǝrdǝn geri çǝkilǝcǝyimiz tǝqdirdǝ terrorçuların  ölkǝ ǝrazilǝrimizi birbaşa hǝdǝf alacağının  konkret göstǝricisidir’’,-deyǝ Rǝcǝb Tayyib Әrdoğan vurğulayıb.

Әrdoğan Yunanıstan sǝrhǝd mühafizǝ qüvvǝlǝrinin qaçqınlara tǝtbiq etdiyi sǝrt müdaxilǝyǝ dǝ reaksiya göstǝrǝrǝk deyib ki, Yunanıstan başda olmaqla Avropa ittifaqına üzv dövlǝtlǝri Ümumdünya İnsan Hüquqları Bǝyannamǝsinǝ uyğun şǝkildǝ torpaqlarına gǝlǝn qaçqınlara hörmǝt göstǝrmǝyǝ  dǝvǝt edirǝm.

Keçmişdǝ nasistlǝrdǝn qaçaraq Suriyaya sığınan yunanlılara edilǝn kömǝklǝ bağlı şǝkillǝrlǝ diqqǝt çǝkǝn Әrdoğan deyib: ‘‘Bu şǝkillǝrdǝ ǝks olunan  qız vǝ oğlan uşaqlarından biri dǝ bǝlkǝ Yunanıstanın hazırki baş naziri Kiriyakos Miçotakisin babası vǝ ya nǝnǝsidir’’.

‘‘Qaçqınların ölkǝlǝrinǝ daxil olmaması üçün onlara ǝn sǝrt şǝkildǝ müdaxilǝ edǝn Yunanıstan bir gün eyni mǝrhamǝtǝ ehtiyacı ola bilǝcǝyini unudmasın’’,-deyǝ Türkiyǝ prezidenti qeyd edib.

Ərdoğan Rusiya prezidenti Putinlə bağlı kritik görüşlə bağlı "Gözləntimiz atəşkəsin sürətlə təmin edilməsidir", - deyə bildirib.

Ərdoğanın açıqlamasından dəqiqələr öncə isə Rusiyadan açıqlama gəlib. Açıqlamada "Prezident Ərdoğan və Prezident Putin arasında baş tutacaq görüşdə razılığa gəlinəcəyini ümid edirik.", deyə qeyd edilib.

Xəbəri paylaş

VİDEOLAR