Ərdoğan zəlzələ bölgəsini ziyarət etdi

Ərdoğan zəlzələ bölgəsini ziyarət etdi

Türkiyə prezidenti Elazığdakı zəlzələ bölgəsinə gedib

  Elazığın Sivrice qəsəbəsində meydana gələn 6,8 bal gücündəki zəlzələ ilə bağlı vəziyyəti yerində öyrənmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop, vitse-prezidenti Fuad Oktay və bir sıra nazirlərlə birlikdə Elazığa gediblər.

  Zəlzələdə həyatını itirən iki 2 adamın cənazə mərasimində iştirak edən Ərdoğan burada etdiyi çıxışında deyib:   "Keçmişdən bu günə qədər çox zəlzələlər gördük, yaşadıq, amma bu xalq fəlakəti səbirlə dəf edə bildi.   Dövlət olaraq, millət olaraq sona qədər əlimizdən gələni edirik, edəcəyik də. Bütün dağıntılar üzərində işlərimiz sürür.   Kəndlər və məhəllələrdəki dağıntıların yerinə sürətlə Kütləvi Mənzil İdarəetmə Müdirliyi (TOKİ) tərəfindən lazım olan hər şeyi edəcəyik. Heç kim çöldə qalmayacaq."

Xəbəri paylaş

VİDEOLAR