Ərdoğan: Yunanıstan terrorla mübarizədə dəstək verərsə...

Ərdoğan: Yunanıstan terrorla mübarizədə dəstək verərsə...

NATO-nun Liderlər Zirvə Yığıncağında iştirak etmək üçün Londonda səfərdə olan Ərdoğan media nümayəndələrilə bir araya gəlib.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan terrorla mübarizədə Türkiyəyə dəstək verərsə, Türkiyənin də köçlə bağlı Yunanıstana dəstək verəcəyini söyləyib.

  NATO-nun Liderlər Zirvə Yığıncağında iştirak etmək üçün Londonda səfərdə olan Ərdoğan media nümayəndələrilə bir araya gəlib.

  Miqrantlar mövzusunda Avropa İttifaqının (Aİ) Türkiyəni təkbaşına buraxdığını, yardım vədlərini yerinə yetirmədiyini, bunu dəfələrlə Aİ ölkələrinin başçılarına söylədiklərini xatırladan Ərdoğan deyib:   “Yunanıstanın baş naziri Kiriakos Miçotakislə bunu bir daha danışdıq. Onların köçlə bağlı problemləri var. Türkiyənin bununla əlaqədar nələr edə biləcəyi və Yunanıstanın Avropa İttifaqı ölkələrinə təzyiq göstərməsinin vacibliyi məsələlərini müzakirə etdik."

 " K.Miçotakislə keçirilən görüş zamanı onu da dedik ki, baxın, bu DHKP-C, PKK/YPG, FETÖ mənsubları elə hey sizə gəlirlər. Əldə etdiyimiz məlumata görə, "Syriza" Partiyası da bunlara sığınacaq verir. Biz sizdən bunlara qarşı ortaya bir mövqe qoymağınızı istəyir, dəstək gözləyirik. Təbii ki, qarşılığında biz də sizə dəstəyimizi artıracağıq", -deyə Ərdoğan əlavə edib.

Xəbəri paylaş

VİDEOLAR