Ərdoğan və Zelenski arasında telefon danışığı

Ərdoğan və Zelenski arasında telefon danışığı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefonla danışıb.

Rasthaber Azərbaycan xəbər verir ki, Türkiyənin Prezident Administrasiyasının Kommunikasi İdarəsinin sosial media hesabından edilən paylaşıma görə, Ərdoğan-Zelenski görüşündə regional və qlobal məsələlər, xüsusilə Ukrayna-Rusiya müharibəsi müzakirə edilib.

Prezident Ərdoğan telefon danışğında Türkiyenin həm Ukraynada, həm də Fələstin torpaqlarında axan qanların dayandırılması və davamlı sülhün təmin edilməsi üçün intensiv səylər göstərdiyini ifadə edərək, Türkiyenin sülhün təmin olunması üçün vasitəçi rolunu öz üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.

Prezident Ərdoğan taxıl dəhlizinin yenidən qurulmasının və fəaliyyətə başlamasının vacib olduğunu və bu məqsədlə diplomatik əlaqələri davam etdirdiyini bildirib.

Görüş zamanı Ərdoğan bildirib ki, Ukraynada atəşkəs tezliklə əldə olunmalı və sülh üçün qapılar açılmalıdır.

Xəbəri paylaş

VİDEOLAR