Ərdoğan və Putin Qarabağı müzakirə etdilər

Ərdoğan və Putin Qarabağı müzakirə etdilər

Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Rasthaber Azərbaycan-ın Sputnik-ə  istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı  müzakirə olunub.

Hər iki tərəfdən oktyabrın 10-da Moskvada əldə olunmuş razılaşmaya əsasən elan olunmuş humanitar atəşkəsə riayət olunmağın vacibliyi vurğulanıb. 

Putin və Ərdoğan ATƏT-in Minsk qrupunun işləmələri əsasında siyasi prosesin aktivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər.

Rusiya Prezidenti hərbi əməliyyatlarda Yaxın Şərq regionundan olan silahlıların iştirakından ciddi narahatlığını dilə gətirib. 

Tezliklə Dağlıq Qarabağ probleminin sülh yolu ilə nizamlanmasına keçilməsi üçün həmrəy səylərə qətiyyətli ehtiyac olduğu vurğulanıb. Türkiyənin ATƏT-in Minsk Qrupunun üzvü kimi münaqişənin sülh yolu ilə həllinə konstruktiv töhfə verəcəyinə ümid ifadə edilib.

Xəbəri paylaş

VİDEOLAR