Ərdoğan Türkiyədə yumşalma dövrünün vaxtını açıqladı

Ərdoğan Türkiyədə yumşalma dövrünün vaxtını açıqladı

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bildirib ki, sağalan xәstә sayı artmaqda davam edir.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rәcәb Tayyib Әrdoğan videokonfrans yolu ilә keçirilәn Nazirlәr Kabinetinin yığıncağından sonra әhәmiyyәtli bәyanatlar verib.

Epidemiya ilә mübarizә çәrçivәsindә görülәn tәdbirlәr nәticәsindә normal hәyata dönüşün mәrhәlәli şәkildә olacağını bildirәn Rәcәb Tayyib Әrdoğan  deyib: ‘‘Normal hәyata dönәcәyik. Epidemiya ilә bağlı mәhdudiyyәtlәr azalsa da, davam edәcәk’’.

Türkiyә prezidenti  bildirib ki, 65 yaşdan yuxarı və 20 yaşdan aşağı vətəndaşlara mayın 13-də 4 saat müddətinə evdən çıxmağa icazə veriləcək. Әdoğan hәmçinin  qeyd edib ki, gәlәn hәftәdәn etibarәn ticarәt mәrkәzlәrinin fәaliyyәti dә bәrpa edilәcәk vә hərbi xidmətdən tərxis olunma bu ayın sonunda  gerçəkləşəcək.

Xəbəri paylaş

VİDEOLAR