Ərdoğan Türkiyə-İsrail münasibətlərinin gələcəyindən nikbindir

Ərdoğan Türkiyə-İsrail münasibətlərinin gələcəyindən nikbindir

"Biz İsrail Prezidenti İsaak Hersoqun bu səfərinə böyük əhəmiyyət veririk. Bu səfərlə Türkiyə-İsrail münasibətlərində atılan addımı bundan sonra başqa ölçülərdə atıla bilər".

Az.rasthaber.com APA-ya istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

‘Ümid edirik ki, gerçəkləşəcək səfərlə biz bu işi gücləndirmək üçün addımlar atacağıq. Digər mühüm məsələ təbii qazdan tutmuş bir çox başqa mövzular da daxil Türkiyə-İsrail münasibətlərində atılacaq addımlardır. Bir vaxtlar bu addımları atmaq məqamına gəldik, lakin o zaman İsrail baş nazirinin mənfi baxışı ilə o prosesi davam etdirə bilmədik. Ancaq indi çox fərqli şeylər ola bilər. Ümid edirik ki, Türkiyə ilə İsrail arasında bu addımın atılması bizim aramızda olan əlaqələri gücləndirəcək və beləliklə, bölgəni gələcək naminə sülh hövzəsinə çevirəcək”

Xəbəri paylaş

VİDEOLAR