Ərdoğan Türkiyə ilə Azərbaycan arasındakı sənədi təsdiqlədi

Ərdoğan Türkiyə ilə Azərbaycan arasındakı sənədi təsdiqlədi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib.

Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, Ərdoğanın bununla bağlı Sərəncamı "Resmi Gazete"də dərc olunub.

Qeyd edək ki, ötən il dekabrın 22-də Bakıda Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumu imzalanıb.

Xəbəri paylaş

VİDEOLAR