Ərdoğan Trampla telefonla əlaqə saxlayıb

Ərdoğan Trampla telefonla əlaqə saxlayıb

İdlibdə yaşanan böhranın tezliklə sona çatdırılması üçün fikir mübadiləsi aparılıb.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə və Amerika Birləşmiş Ştatları ikitərəfli ticarət həcminin 100 milyard dollara çıxarılması üçün reallaşdırılan müzakirələrin yenidən başlanması üçün razılığa gəliblər.

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən verilən məlumata görə, ölkə başçısı Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonda danışaraq ikitərəfli məsələlər və regional prosesləri müzakirə edib. Söhbət zamanı Suriyada Bəşər Əsəd hökumətinin hücumlarının qəbuledilməz olduğu bildirilib, İdlibdə yaşanan böhranın tezliklə sona çatdırılması üçün fikir mübadiləsi aparılıb.

  Türkiyənin dəniz qonşusu Liviyanın yenidən barış və sabitliyə qovuşmasının əhəmiyyəti vurğulanan görüşdə iki ölkə başçısı ikitərəfli ticarət həcminin 100 milyard dollara çıxarılması üçün reallaşdırılan müzakirələrin də yenidən başlanması barədə razılığa gəliblər.

Xəbəri paylaş

VİDEOLAR