Ərdoğan Rəisi ilə görüşdə: Əlaqələrimiz xalqlarımızın rifahını artıracaq

Ərdoğan Rəisi ilə görüşdə: Əlaqələrimiz xalqlarımızın rifahını artıracaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada iranlı həmkarı Seyid İbrahim Rəisi ilə görüşdən sonra mətbuat konfransı keçirib.

Rasthaber Azərbaycan xəbər verir ki, Ərdoğan Kirman əyalətində iranlı general Qasim Süleymaninin qətlə yetirilməsinin ildönümü günü törədilən terror aktı ilə bağlı İran və İran xalqına başsağlığı verib və terrorun arxasında duran qüvvələrin öz məqsədlərinə nail ola bilməyəcəyini deyib: “Türkiyə və türk milləti adından İran xalqının dərdinə qəlbən şərikik. Bu cür hadisələr təkcə İran xalqını deyil, birbaşa bölgəmizin sakitliyini, sülhünü və əmin-amanlığını hədəfə alır“.

Ərdoğan Türkiyə-İran arasındakı iqtisadi və ticari əməkdaşlığın daha da güclənəcəyinə inandığını bildirib.

Türkiyə və İranın birlikdə təxminən 170 milyonluq əhaliyə, böyük mənbələrə və insan resurslarına sahib iki qonşu və qardaş ölkə olduğunu deyən Ərdoğan İranın Türkiyə üçün Asiyaya açılan qapı, Türkiyənin də İran üçün Avropaya açılan qapı olduğunu qeyd edib.

Ölkələrimiz arasındakı iqtisadi və ticari əlaqələrin inkişafı üçün ciddi bir potensialın olduğunu görürük. Bu günə qədər bu potensialdan müxtəlif səbəblərə görə yetərincə istifadə edə bilməmişik, amma ticarət və investisiyalar başda olmaqla əlaqələrimizi xalqlarımızın rifahını artıracaq şəkildə irəliyə aparmaq iradəmizi qoruduq“, – deyə o bildirib və İran prezidentinin səfəri zamanı 10 sazişin imzaladığını əlavə edib.

Ərdoğan qarşıya hədəf kimi qoyulan 30 milyard dolllarlıq ticarət məqsədindəki Ankara və Tehranın qərarlı olduğunu vurğulayıb.

O, 2012-ci ildə Türkiyə ilə İran arasındakı ticarətin təxminən 22 milyard dollar olduğunu xatırladaraq bu rəqəmin son illərdə azaldığını deyib və əsas səbəb olaraq da İrana qarşı tətbiq edilən sanksiya və pandemiyanı göstərib.

Ərdoğan Türkiyənin İrana qarşı birtərəfli sanksiyalara qarşı olduğunu deyib və əlavə edib ki, sanksiyalar səbəbi ilə İranla iqtisadi və ticari əlaqələrə son qoyulmayıb və qoyulmayacaq da. Lakin o vurğulayıb ki, hazırda sanksiyalar İranla əlaqələrdə problemlərə səbəb olur və o, bu və bu kimi problemlərin tezliklə həll ediləcəyini ümidini ifadə edib.

Həmçinin Qəzza sektorundakı dəhşətli vəziyyətə də toxunulub.

İsrailin Qəzza sektoru və ümumilikdə Fələstin xalqına qarşı hücumları məsələsinə toxunan Türkiyə prezidenti Qəzzada “əksəriyyəti uşaq və qadın olmaq 26 min insa şəhid edilib, 65 min qardaşımız yaralanıb“.

Qəzza xalqı tarixə biabırçı şəkildə həkk ediləcək vəhşiliyin qurbanı oldu“, – deyə o bildirib və qeyd edib ki, “onillərdir ki, dünyaya insan haqları və demokratiya dərsi verənlərin əsl simalarını bu müddət ərzində hamımız birlikdə gördük“.

İsrailin törətdiyi müharibə cinayətləri ilə bağlı beynəlxalq məhkəmədə atılan addımların rəsmi Ankara tərəfindən dəstəkləndiyini deyən Ərdoğan Qəzzadakı qətliamın durdurulması, atəşkəsin əldə edilməsi və sülhün əldə edilməsi üçün səylərin davam etdiriləcəyini əlavə edib.

O, İsrailin qan və gözyaşı ilə qidalandığını bildirərək İsrail rəhbərliyinə xitabən deyib: “Zülmlə abad olmağa çalışanın axırı bərbad olar“.

Xəbəri paylaş

VİDEOLAR