Ərdoğan Putinlə koronavirus vaksininin idxalından danışdılar

Ərdoğan Putinlə koronavirus vaksininin idxalından danışdılar

Türkiyə Səhiyyə Nazirliyi və Rusiya, həmçinin Çin arasında peyvəndlə bağlı dialoq var.

Rasthaber AA-ya istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib ki, rusiyalı həmkarı Vladimir Putinlə koronavirusa qarşı vaksinin idxalı mövzusunu müzakirə edib.

Bundan başqa, Türkiyə Səhiyyə Nazirliyi və Çin arasında da peyvəndlə bağlı dialoq var.

n sözlərinə görə, COVID-19 əleyhinə yerli vaksinin hazırlanması üzrə işlər də aktiv şəkildə davam edir.

Ərdoğan son günlər Türkiyədə yoluxma sayının artmasına diqqət çəkərək deyib ki, “təəssüf ki, koronavirusa yoluxma və ondan ölüm hallarının statistikası artır və bu, bizi narahat etməyə bilməz”.

O, vətəndaşları sosial məsafə tədbirlərinə əməl etməyə və maskadan istifadəyə çağırıb.

“Bu, xüsusən iri şəhərlərin sakinlərinə aiddir. Əks halda yoluxma sayının artması qaçılmazdır”, – deyə Türkiyə prezidenti qeyd edib.

O, həmçinin bildirib ki, ölkə xəstəxanalarında yer çatışmazlığı müşahidə olunmur.Onu

Xəbəri paylaş

VİDEOLAR