Türkiyə prezidenti Ərdoğan ABŞ prezidenti Donald Trampa Türkiyənin ABŞ-a tibbi ləvazimat yardımı ilə yanaşı, məktub da göndərib.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Konqresi və ABŞ mətbuatının yeni növ koronavirus (Covid-19) epidemiyasının yayılması ərəfəsində Türkiyənin nümayiş etdirdiyi həmrəyliyin də təsiri nəticəsində Türkiyə-ABŞ əlaqələrinin strateji əhəmiyyətini daha yaxşı anlayacağına ümid etdiyini bildirib.
Türkiyə prezidenti Ərdoğan ABŞ prezidenti Donald Trampa Türkiyənin ABŞ-a tibbi ləvazimat yardımı ilə yanaşı, məktub da göndərib.
“Edilən bu yardımın mübarizənizə dəstək və xəstəliyə yoluxmuş vətəndaşlarınızın sağalmasına töhfə verməsini diləyirəm” deyən Ərdoğan məktubunda, həmçinin bunları qeyd edib: “Ölkəmin ABŞ-ın etibarlı və güclü tərəfdaşı kimi hər cür həmrəyliyi göstərməyə davam edəcəyinə əmin ola bilərsiniz. Bölgəmizdəki son hadisələr, Türkiyə-ABŞ əlaqələrinin və əməkdaşlığının ən güclü şəkildə davam etdirilməsinin nə qədər vacib olduğunu göstərdi. Ümid edirəm ki, qarşıdakı dövr ərzində Konqres və ABŞ mətbuatı da epidemiya ərəfəsində nümayiş etdirdiyimiz bu həmrəyliyin də təsirilə münasibətlərimizin strateji əhəmiyyətini daha yaxşı anlayacaq və ortaq problemlərimizlə ortaq mübarizəmizin zəruri etdiyi anlayışla hərəkət edəcəkdir”.
Ərdoğan Amerika xalqının lazımi müqaviməti göstərərək hər kəsi dərindən sınağa çəkən bu böhranı ən qısa müddətdə geridə qoyacağından şübhə etmədiklərini bildirib.
Ərdoğan həmçinin vurğulayıb ki, bu müddətdə, istər epidemiya ilə mübarizənin tələb etdiyi əsas ehtiyacların ödənilməsində, istərsə də normallaşma prosesində ölkəmin ABŞ-ın etibarlı və güclü tərəfdaşı kimi hər cür həmrəyliyi göstərməyə davam edəcəyinə əmin ola bilərsiniz.