10.01.2020 11:26:17
Ərdoğan ilə Merkel arasında telefon danışığı olub.
Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.
Türkiyə Prezident Aparatının Mətbuat Xidmətindən yayılan məlumata görə, iki ölkənin liderləri ABŞ-İran gərginliyilə Liviya və Suriyadakı vəziyyət başda olmaqla regional və beynəlxalq məsələləri müzakirə ediblər.