Ərdoğan koronavirusla mübarizə ilə bağlı yeni tədbirləri açıqladı

Ərdoğan koronavirusla mübarizə ilə bağlı yeni tədbirləri açıqladı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan korona virusuyla (Covid-19) mübarizə ilə əlaqədar yeni tədbirləri açıqlayıb.

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki,  Elmi Komitənin epidemiya ilə əlaqədar tövsiyələrinə uyğun olaraq müvafiq qurumlarda əldə edilən razılaşmadan sonra qərarların qəbul edildiyini bildirən Ərdoğan yeni tədbirlərin 4 aprelə keçən gecədən etibarən tətbiqini bildirib. Buna görə, 20 yaşdan aşağı olanlara küçəyəçıxma yasağı gətirilib, 31 şəhərə nəqliyyat vasitələrinin girişi və çıxışı 15 gün müddətinə qadağan edilib. Küçələrə və izdihamlı yerlərə çıxmaq məcburiyyətində olanlar mütləq maska taxmalı, bir-birindən müəyyən məsafədə qalmalıdır.  Xəbərdarlıqlara uyğun hərəkət etməməkdə israrlı olanlara tərəddüdsüz inzibati və məhkəmə cəzaları tətbiq ediləcək.

  Ərdoğan deyib: "Məqsədimiz vətəndaşlarımıza əziyyət vermək deyil, həm onların, həm də onlarla təmasda olanların sağlamlığını qorumaqdır. Qaydalara nə qədər yaxşı əməl etsək, epidemiyanın gedişatına o qədər nəzarət edə və təhlükəni aradan qaldıra bilərik. Ölkəmizdə həyatını normal vəziyyətə gətirəcəyimiz 83 milyon insan taleyi bizə bağlıdır."

Xəbəri paylaş

VİDEOLAR