Ərdoğan koronavirusla bağlı yeni qərarları açıqladı

Ərdoğan koronavirusla bağlı yeni qərarları açıqladı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan virusa qarşı mübarizəyə dair yeni qərarları açıqlayıb

Rasthaber Azərbaycan TRT-yə istinadən xəbər verir ki,  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Elmi Komitənin yeni növ korona virusuyla (Covid-19) mübarizəyə dair xəbərdarlıqlara uymaqla bağlı qəbul edilən yeni qərarları açıqlayıb:

  “Heç bir müsibət bizim gücümüzdən böyük deyil” inancı ilə “Covid 19”a qarşı bütün xalq olaraq mübarizəmizi qətiyyətlə davam etdiririk. Sağlığımız, rahatlığımız, təhlükəsizliyimiz və gələcəyimiz üçün həyata keçiriləcək yeni tədbirlər bunlardır:

  Dövlət obyektlərində olduğu kimi, özəl sektorda da minimum işçi heyəti ilə çevik iş sistemi tətbiq ediləcək.

  İctimai nəqliyyat vasitələrində seyrək oturma qaydası olacaq.

  Piknik yerləri, meşələr və açıq torpaq sahələri həftə sonları bağlanacaq və iş günlərində də insanlar oralarda kütləvi şəkildə bir yerə toplana bilməzlər.

  Beynəlxalq reyslər tamamilə dayandırılıb.

  Bu müddəti ən qısa zamanda və ən az ziyanla atlatsaq, qarşıda bizi işıqlı bir gələcək gözləyir.

  Türkiyə bu xəstəliyi məğlub edə biləcək gücə və imkana, xalqımızla görülən tədbirləri həssaslıqla tətbiq edəcək dirənişə qabildir."

Xəbəri paylaş

VİDEOLAR