Türkiyə prezidenti 22 dekabrda Türk Yəhudi İcması və İslam Ölkələri Ravvin Alyansının üzvlərini qəbul edib.
“Xüsusilə Qərb ölkələrində artmaqda olan islamofobiya, antisemitizm və ksenofobiya ilə mübarizədə həmrəy olmalıyıq. Yaxın Şərqdə sülh və sabitlik mühitini bərpa etmək və gücləndirmək üçün də eləcə", - deyə Rəcəb Tayyib Ərdoğan bildirib.
Az.rasthaber.com Türkiyə mediasına istinadən xəbər verir ki, onun sözlərinə görə, hər üç monoteist dinin müqəddəs məkanlarına ev sahibliyi edən bu qədim coğrafiyada "gərginlik, qarşıdurma və qarışıqlıq görmək istəmirik".
"Fərqli dinlərin, dillərin və etnik mənsubiyyətlərin bir arada sülh içində yaşadığı Yaxın Şərq ən səmimi və ciddi diləyimizdir. İsrail hökumətinə xəbərdarlıqlarımız da bu ölkənin məsələyə Yaxın Şərqin uzunmüddətli sülh və sabitliyi prizmasından yanaşmasını təmin etməkdir. Başda Qüds olmaqla Fələstin məsələsində atılacaq addımlar təkcə fələstinlilərin deyil, İsrailin də təhlükəsizliyinə və sabitliyinə töhfə verəcək. Bu baxımdan, İsrail Prezidenti cənab Hersoq və Baş nazir cənab Bennettlə yenilənmiş dialoqumuzu yüksək qiymətləndirirəm. İsrailin sülh səyləri çərçivəsində səmimi və konstruktiv rəftarının normallaşma prosesinə töhfə verəcəyinə, Qüdsdə bütün inanc qruplarının həssaslığını nəzərə alan bir həll yolu tapıla biləcəyinə inanıram. Türkiyə-İsrail münasibətləri regionumuzun sabitliyi və təhlükəsizliyi üçün əhəmiyyət kəsb edir. Su sahədə sizlərin dəstəyini yüksək qiymətləndirir və əməkdaşlığımızı təkmilləşdirməyə və yüksək potensialımızdan daha yaxşı istifadə etməyə hazır olduğumuzu daha bir dəfə ifadə edirəm”, - deyə preziden vurğuyalıb.